20 May, 2020
Əfqanıstanda məscidə silahlı hücum edilib, azı 8 ölü var

Əfqanıstanın Pərvan əyalətində bir məscidə silahlı hücum edilib. Ölən və yaralananlar var.

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews BBC.Farsi-ə istinadla xəbər verir ki, bu barədə Pərvan əyalətinin sözçüsü Vəhidə Şahkar məlumat verib.

Bildirilib ki, ötən gün şam namazı zamanı silahlılar Pərvan əyalətinin inzibati mərkəzi Çarikar şəhərində bir məscidə daxil olaraq namaz qılanlara atəş açıblar.

Bu terror aktı nəticəsində azı 8 nəfərin öldüyü deyilir. Daha beş nəfər yaralanıb.

Ölənlərin hamısı mülki şəxslərdir.

Hücumu hələ heç bir qruplaşma üzərinə götürməyib.

Taliban hücumun onlar tərəfindən törədilmədiyini bəyan edib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10159.html