10 Aprel, 2012
İran üç il neftini satmasa da keçinə bilər

İİR prezidenti Mahmud Əhmədinejad bu gün Hörmüzqan əyalətinə səfər edib.

Hörmüzqan əyaləti əhalisinin qarşısında çıxış edən İran prezidenti bildirib ki, Qərb dövlətləri İran neftinin alışına sanksiya tətbiq etmək istəyirlər. Onlar ölkəmizə valyutanın daxil olmasının qarşısını almaq fikrindədirlər. Amma bizim hal-hazırda o qədər valyuta ehtiyatımız var ki, bundan sonra üç il də bir barrel neft satmasaq ölkəni rahat idarə edə bilərik. Bununla da düşmənlərin bütün məkrləri puça çıxacaqdır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1015.html