
Dünya şöhrətli Quran qarisi Meyx Məhəmməd Mahmud Təblavi ötən gün Misirdə 86 yaşında vəfat edib.
Ahlibeyt.az-ın məlumatına görə, SalamNews Misir mətbuatına istinadla xəbər verir ki, “Nəqibul-Qurra” (Qarilərin öncülü) ləqəbli tanınmış misirli Quran tilavətçisi ötən gün 86 yaşında vəfat edib.
Onun koronavirusdan vəfat etdiyi iddia edilsə də yaxınları bunu təkzib ediblər.
Şeyx Məhəmməd Mahmud Təblavi Qurani-Kərimi 9-10 yaşlarında əzbərləməyi bacarıb.
O ömrünün 60 ilini müxtəlif radiao, televiziya və proqramlarda Quran oxumağa sərf edib.
Mərhum Təblavinin məşhur qiraətlərindən birini təqdim edirik: