10 Aprel, 2012
Əbdül-Hadi Xəvacənin öldüyü ehtimal edilir

Nahaq yerə həbs edildiyinə görə iki aydır aclıq aksiyası keçirən Bəhreyn insan Hüquqları Mərkəzinin fəalı Əbdül-hadi Xəvacənin öldüyü ehtimal edilir.

Onun vəkili Məhəmməd əl-Cəhşi deyib ki, Bəhreyn prokurorluğu onun müvəkkili ilə görüşünə müxalif olduğu üçün Əbdül-Hadi Xəvacənin artıq dünyasını dəyişdiyini ehtimal edir. O deyib ki, əlimizdə olan tək bu məlumat var ki, həbsxanada onun vəziyyəti ağırlaşdığı üçün cümə günü onu hospitala yerləşdiriblər.

Bundan başqa Xəvacənin Danimarka vətəndaşlığı olduğu üçün Danimarka höküməti də Bəhreyn rejimindən onun Danimarkaya təhvil verilməsini istəmişdir ki, Bəhreyn rejimi bunu rədd edib

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1012.html