
Mübarək Ramazan ayının daxil olması ilə əlaqədar İraqın Nəcəfül Əşrəf şəhərində yerləşən İmam Əlinin (ə) pak hərəmində canlı yayımlanan Quran proqramları təşkil olunub.
Ahlibeyt.az-ın İQNA-ya istinadən məlumatına görə, hərəmin Fatmeyi Zəhra (s.ə) səhnində “Qurani-Kərimin” məşhur qarilər tərəfindən xətm ediməsi proqramı ilə yanaşı, bu ilki Quran tədbirlərə bir sıra əlavələr də edilib.
Televiziya proqramlarına əlavə olaraq bu il bir sıratədbirlərlə yadda qalacaq. Bunlardan ən önəmlisi üç Quran yarışmasının keçirilməsidir - Milli Quran Yarışması, Qurani-Kərim Mərkəzinin saytında elektron Quran yarışması və Qurani-Kərim Evinin qadın tələbələri üçün müsabiqə keçiriləcək proqramlardandır.