29 Aprel, 2020
Azərbaycanın İƏT Pİ-də nümayəndə heyətinin tərkibi məlum olub

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqındakı (İƏT Pİ) nümayəndə heyətinin tərkibi məlum olub.

Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, nümayəndə heyətinin tərkibinə Mili Məclisin sədrinin müavini Fəzail İbrahimli, millət vəkilləri – Ceyhun Məmmədov, Sabir Rüstəmxanlı, Cavanşir Paşazadə, Tahir Kərimli daxildir.

Nümayəndə heyətinin rəhbəri Fəzail İbrahimli, müavini isə Ceyhun Məmmədovdur.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10104.html