
Bir çox dəyərli dini əsərlərin müəllifi Ayətullah İbrahim Əmini vəfat edib.
Ahlibeyt.az-ın İran KİV-lərinə istinadən məlumatına görə, Ayətullah Əmini uzun sürən xəstəlikdən sonra 95 yaşında vəfat edib.
Ayətullah İbrahim Əmini uzun müddət Qum şəhərinin Cümə xətibi, Həzrət Məsumənin (ə) hərəminin camaat imamı olmuş, hövzə və universitetdə ustad işləmişdir. Onun dini maarif sahəsində 30-dan çox kitabı nəşr olunaraq müxtəlif dillərə tərcümə olunub.
Qeyd edək ki, mərhum Ayətullah Əmini uzun illər İslam Məsləhət Şurasının və Xobreqan Məclisinin (Ekspertlər Şurasının) üzvü olmuşdur.
Allah rəhmət etsin!