24 Aprel, 2020
Saytımızda - İlahiyyatçı alim Hacı Şahin Həsənlinin gündəlik Ramazan xütbələri

İlahiyyatçı alim Hacı Şahin Həsənlinin gündəlik Ramazan xütbələrini saytımızda dinləmək mümkün olacaq.

Ölkə ərazisində koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlər planı çərçıvəsində məscid və ziyarətgahlarda kütləvi tədbirlərin, fərdi ibadətlərin və camaat namazlarının qılınması müvəqqəti olaraq təxirə salınmışdır.

Paytaxtın "Məşədi Dadaş"məscidinin imam cüməsi, tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənli tərəfindən aprel ayının 25-dən etibarən əxlaqi və mənəvi dəyərləri ehtiva edən mövzularda  gündəlik Ramazan xütbələri oxunacaq.

Bu ayın fəzilət və əhəmiyyəti nəzərə alınaraq hər bu xütbələrin audio və video yazısı hər gün saytımızda yerləşdirilməsi nəzərdə tutulmuşdur.

Hər bir audiolink 7 gün ərzində izlənilə bilinəcək

Nəzərinizə çatdırırıq ki,saytımızın Facebook səhifəsindən də bu xütbələri dinləmək və paylaşmaq mümkün olacaqdır:

https://www.facebook.com/ahlibeyt.az/

Qeyd edək ki,xütbələrin disklərə köçürülməsinə,yotube və s. şəbəkələrə yüklənməsi qadağandır- icaze verilmir.Lakin,linkin facebook və digər sosial şəbəkələrdə paylanması,audiolinkin telefon,planşet və ya komp-rə yüklənərək dinlənilməsi icazəlidir

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10088.html