
“Bu gün dünyanın elit insanlarının ayıq, ayrı-ayrı xalqların qeyri-ixtiyari olaraq ilahi bir qüdrət əlinə, məsum imama, vəd olunan uca Mehdi həqiqətinə ehtiyac duyması göstərdi ki, müxtəlif məktəblər və məsləklər bütün iddialarına baxmayaraq, xalqlara rahatlıq və xoşbəxtlik bəxş edə bilməyiblər”.
Ahlibeyt.az-ın Leader.ir-ə istinadən məlmatına görə,bunu İranın ali rəhbəri Ayətullah Xamenei mübarək Nimeyi-Şəban bayramı və Həzrət Mehdinin(ə.f) mövludu münasibətilə etdiyi canlı çıxışı zamanı bildirib.
Ayətullah Xamenei bəşəriyyətin xilaskara olan bu ilki dərin və böyük ehtiyac hissinin tarix boyu analoqu olmadığını bildirərək qeyd edib Kİ, intizarın(gözləməyin) həqiqi və qurucu mənası fərəcə ümid, etiqad, parlaq gələcəyə nail olmaq üçün çalışıb hərəkət etməkdir.
İslam İnqilabının Rəhbəri İran xalqını, dünya müsəlmanlarını və dünyanın bütün azadlıqsevrələrini Həzrət Vəliyyi-əsrin(ə.f) mövludu münasibətilə təbrik çıxışında bildirib:
“Bu gün dünyanın elit insanlarının ayıq, ayrı-ayrı xalqların qeyri-ixtiyari olaraq ilahi bir qüdrət əlinə, məsum imama, vəd olunan uca Mehdi həqiqətinə ehtiyac duyması göstərdi ki, müxtəlif məktəblər və məsləklər bütün iddialarına baxmayaraq, xalqlara rahatlıq və xoşbəxtlik bəxş edə bilməyiblər.
Elmi nailiyyətlərin olmasına baxmayaraq, insan cəmiyyətinin müxtəlif problemlər içərisində olması, ədalətsizlik, yoxsulluq, xəstəlik, günah, fəsaq, böyük sosial təbəqələşmələr həmçinin fövqəlqüdrətlərin elmdən sui-istifadəsi insan cəmiyyətinin yorğunluq, stres və çıxılmazlıq hissinə qapanmasına, dünyanın hər yerində xilaskar bir ələ ehtiyac duymasına səbəb olmuşdur”.
Ayətullah Xamenei elm, ağıl və təcrübənin Allahın çox problemləri həll edən böyük nemətlərindən olduğunu bildirib:
“Em və ağlın bu günə qədər ədalətsizlik düyününü aça bilməməsi təsdiqini tapmışdır. Bəşəriyyətin bu arzusunun reallaşması üçün ilahi qüdrət əlinə ehtiyac var. Bu səbəbdən də Həzrət Bəqiyyətullahın böyük vəzifəsi yer üzünü haqq-ədalətlə doldurmaqdır.
Sahibəzzamanın zühur edəcəyi vaxt vəd verilmiş ədalətin bəşəriyyətin həyatının bütün cəhətlərini, o cümlədən qüdrət, sərvət, sağlamlıq, insana hörmət və sosial mövqeyi əhatə edəcək. Allahın qüdrəti və lütfü sayəsində bu vəd əsrin imamının əli ilə mütləq gerçəkləşəcək”.
Həzrət Ayətullah Xamenei bütün dinlərdə fərəc və böyük ilahi hərəkatla bağlı məlumat verildiyinə işarə edərək bildirib:
“İslamda olan fərəc gözləntisi qurucudur, ümid, hərəkət və fəaliyyətlə müşayiət olunur. Bu səbədən də sonuncu peyğəmbər və imamlar buyurduqları kimi, fərəci gözləmək çox mühüm əhəmiyyət daşıyır və əməllərin ən üstünüdür.
Vəliyyi-əsrin zühurunu gözləmək intizarın ən mühüm nümunələrindəndir. Fərəci və xilası gözləmək həyatın bütün cəhətlərini əhatə etməlidir. Bu cəhətdən də fərəci gözləmək özü də bir xilasdır. Çünki insanı məyusluq və çarəsizlikdən xilas edir.
Həzrəti Muhəmmədin(s) ümməti heç bir hadisədə ümidsizlik və məyusluğa qapılmamalıdır. Fərəci gözləmək deyilərkən oturmaq, heç bir iş görmədən qapıya göz dikmək yox, parlaq və vəd verilmiş gələcəyə nail olmaq üçün iş görüb hazır olmaq nəzərdə tutulur.Bu səbəbdən də Məhdəvi cəmiyyəti yaratmaq üçün həm özünü islah etmək, həm də imkan daxilində başqasını, habelə ətraf mühiti haqq-ədalət, mənəviyyat, Allahtanıma, qardaşlıq və izzət mühidinə yaxın olan olan bir mühitə çevirmək lazımdır.
Fərəci gözləmək səbirsizlik və İmamın zühuruna vaxt təyin etməklə ziddiyyət təşkil edir: “Fərəcə hazırlıq işində səbirsizlik və tələskənlik qadağandır. Çünki Allah insanların tələskənliyi əsasında qərar qəbul etmir. Hər bir hadisənin müəyyən vaxtı və hikməti olduğu üçün həmin hikmət əsasında iş görür”.
Ayətullah Xamenei korona pandemiyası səbəbilə dünyada yaranmış vəziyyətə işarə edərək buyurub:
“Fərəci gözləmək həm də şiddət və ağır vəziyyətdən sonrakı xilası və rahatlığ gözləmək deməkdir. Buna görə də gözləyən insan bu hadisədən məyus olmur, özünü itirmir, sakitliyini qoruyaraq bu vəziyyətin şübhəsiz ki, dəyişəcəyini bilir.Dua və minacatın fərəci gözləməkdən doğan rahatlığın artmasına səbəb olur.
Bərəkət dolu şaban və ramazan aylarının çoxlu dua və əməlləri vardır. Allahla minacaq və ondan yardım diləmək, habelə imamlarla razü-niyaz etməklə ilahi rəhməti cəlb etmək və daha çox rahatlıq tapmaq olar”.
İslam İnqilabının Rəhbəri İran xalqının vəd olunmuş Həzrət Məhdinin mövlud gecəsi Allahla etdiyi minacata işarə edərək: “Dünənki gecə göylərə ucalmış milyonlarla əl, Allahla edilən rüz-niyazlar və ondan yardım diləmələr şübhəsiz ki, ilahi rəhmətin cəlbinə səbəb olacaq, fərdi və ictimai bərəkətlərin təzahürü ilə nəticələnəcək”.
Ayətullah Xamenei çıxşının ikinci hissəsində korona pandemiyası məsələsinə toxunaraq bu hadisənin dövlətlər və xalqlar üçün ümumi və qəribə bir sınaq olduğunu vurğulayar ölkə daxilində görülən işlərə toxunmuşdur.
Çıxışın sonunda bu ilin ramazan ayında ümumi dua və təvəssül məclisləri, habelə çıxışların təşkil edilməməsinə işarə edərək hər kəsə təklikdə, evində və ailəsi ilə birlikdə ibadət və dua etməyi tövsiyə edib.