9 Aprel, 2012
Müqtəda Sədr Səudiyyə Ərəbistanın baş müftisini tənqid edib

"Sədr" hərəkatının rəhbəri Hüccətül-İslam vəl-muslimin Müqtəda Sədr SƏudiyyə Ərəbistanın baş müftisi Şeyx Əbdül-Əziz əş-Şeyxin Ərəbistan yarımadasındakı bütün kilsələrin sökülməsi fitvasını sərt tənqid edib.

Müqtəda Sədr deyib ki, İslam dininin belə bir göstərişi yoxdur. Təəccüblü isə budur ki, digər dinlərin ibadət ocaqlarının sökülməsini istəyənlər öz vətənlərində ABŞ hərbi bazasının qurulmasına və fəaliyyət göstərməsinə etiraz etmirlər.

Müqtəda Sədr həmçinin deyib ki, həmin müftilər öz millətlərini hakimlər qarşısında xar və zəlil olmağa sürükləyirlər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1007.html