
Bu il Azərbaycanda yaz fəslinin daxil olduğu vaxt açıqlanıb.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatında boldirilir ki, bu il bahar Azərbaycana martın 20-si saat 07:49:36-də daxil olacaq.
Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayacaq.
Qeyd edək ki, fevralın 25-i Azərbaycanda Novruzun ilk çərşənbəsi, martın 17-i isə ilaxır çərşənbə qeyd olunub.