8 Aprel, 2012
Namaz vaxtları dükanların bağlanması ilə müxalif olanlar dəccaldılar

Səudiyyə Ərəbistanı İstintaq və prokurorluq Bürosunun üzvü Abdullah əl-Əvilatın namaz vaxtları ticarət obyektlərinin bağlı olmasını bidət adlandırmasına cavabı birbaşa Səudiyyə Ərəbistanının baş müftisi verib.

Şeyx Əbdül-Əziz əş-Şeyx namaz vaxtı dükanların açıq olmasını istəyənləri dəccal və yalançı adlandıraraq bu kimi sözlərin azdırıcı sözlər olduğunu bildirib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının qanunlarına əsasən namaz vaxtlarında bütün dükanlar, restoranlar, banklar və hətta apteklər belə bağlı olmalıdır. Və şəriət polisi namaz vaxtları küçələrdə gəzişərək açıq olan obyekt sahiblərini cərimələyirlər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1006.html