16 Mart, 2020
BƏƏ-də beynəlxalq Quran müsabiqəsi ləğv edildi

BƏƏ-də (Birləşmiş Ərəb Əmirlikləri) "VI Qasimiyyə Mükafatı Beynəlxalq Quran Yarışları" ləğv edildi.

Ahlibeyt.az-ın İQNA-yaistinadən verdiyi xəbərə görə,bu barədə BƏƏ-nın sarja24(Sarjah) informasiya agentliyi məlumat yayıb.

BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) əl-Qasimiyyə universitetinin hər il keçirdiyi beynəlxalq Qurani-Kərim və Nəbəvi Sünnəsi (Peyğəmbərin sünnəsi) yarışları koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə ləğv edilib.

Məlumata görə, əl-Qasimiyyə universitetinin direktoru Rəşad Salim bu barədə açıqlama verərək bildirib Kİ, bəzi ölkələrdə koronavirusun geniş yayıldığını nəzərə alaraq, ictimai sağlamlığın qorunması, virusun yayılmasının qarşısının alınması və milli mübarizəyə kömək məqsədi ilə 2020-ci ildə beynəlxalq Quran yarışları keçirilməyəcək.

Qeyd edək ki, bu yarışlar hər il tələbələr arasında Qurani-Kərimin və hədislərin hifzi hüzrə keçirilir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10059.html