
Dünən günortadan sonra terrorçular Ayətullah Seyyid Əli Sistaninin Kərbəla şəhərindəki nümayəndəsi Seyyid Əhməd əs-Safinin evinə hücum ediblər.
Bir neçə terrorçunun evə kustar üsulla hazırlanmış əl qumbarasının atması nəticəsində evə ziyan dəysə də xoşbəxtlikdən tələfat olmayıb.
Xatırladaq ki, bir neçə gün öncə Ayətullah Sistaninin Hillə şəhərindəki iki nümayəndəsinin də evlərinə terror hücumu edilmişdi.