18 Fevral, 2020
Həcc ziyarətinə getmək üçün 150 nəfər müraciət edib

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 150 nəfər müraciət edib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, sənədlərin qəbulu yanvarın 24-dən başlanılıb və mayın sonuna qədər davam edəcək.

QMİ-dən həmçinin bildirilib ki, bu il Həcc ziyarəti üçün kvotanın sayı 1500 nəfər təşkil edir. Ziyarətin qiyməti 4490 ABŞ dolları olacaq.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10047.html