17 Fevral, 2020
Tehranda İran və Azərbaycan üzrə ikinci ixtisaslaşdırılmış turizm simpoziumu keçirilib - FOTO

Fevralın 15-də Tehranda İran və Azərbaycan üzrə ikinci ixtisaslaşdırılmış turizm simpoziumu keçirilib.

Ahlibeyt.az-ın məlumatına görə, Azərbaycanın Tehrandakı səfirliyindən APA-ya verilən xəbərə əsasən, səfirliklə “Aysan Pərvaz” şirkətinin təşkil etdiyi simpoziumda İranda fəaliyyət göstərən turizm şirkətlərinin rəhbərləri, İqtisadi Əməkdaşlıq Təşkilatının əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ölkəmizin turizm potensialı haqqında məlumat verib.

Qeyd olunub ki, ölkələrimizin coğrafi yaxınlığı ikitərəfli əlaqələrin inkişafı üçün böyük imkanlar yaradıb. Son illərdə Azərbaycan ilə İran arasında iqtisadiyyatın müxtəlif sahələrində olduğu kimi turizm sahəsində də qarşılıqlı əlaqələr inkişaf edir. Hazırda turizm qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilib. Bu sahənin inkişafı üzrə dövlət səviyyəsində geniş islahatlar aparılır.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10040.html