
İraqın sabiq prezidenti Səddam Hüseynin edamından sonra bəəsçilər tərəfindən Səddam Hüseynin varisi elan edilmiş İzzət İbrahim əd-Duri 9 ildən sonra yenidən zühur edib.
İraq höküməti tərəfindən axtarışda olan İzzət İbrahim əd-Durinin internetdə videomüraciəti yayımlanıb. əd-Duri videomüraciətində indiki İraq hökümətini İranın əlaltısı olduğunu adlandıraraq "Səfəvi" layihəsinin kiçik bir hissəsi olduğunu bildirib.
əd-Duri həmçinin Səudiyyə Ərəbistanı kralını İslam ümmətinin rəhbəri adlandıraraq Suriyada hökümət əleyhinə aparılan döyüşləri dəstəklədiyini açıqlayıb.