8 Fevral, 2020
Suriya və İraqdakı terrorçuların sayı açıqlandı

“Suriya və İraqda 20-27 min terrorçu var”.

Ahlibeyt.az-ın məlumatına görə, “Report” “Kommersant”a istinadən xəbər verir ki, bunu BMT baş katibinin müavini, təşkilatın Antiterror İdarəsinin rəhbəri Vladimir Voronkov Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İŞİD hələ də transmilli terror təhlükəsinin əsasını təşkil edir.

“Bu bəla ilə mübarizədə qətiyyətli və birgə olmalıyıq. İŞİD yenidən yaranmaq potensialını bərpa etmək cəhdlərini davam etdirdi. Regional “yuvalar” yerli problemlərdən istifadə edərək münaqişə zonalarında möhkəmlənmə strategiyasına sadiq qalır”, - V.Voronkov bildirib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10038.html