8 Fevral, 2020
Azərbaycanda seçki öncəsi “sükut günü”dür

Milli Məclisə seçkilərlə əlaqədar seçkiqabağı təşviqat kampaniyası bu gün saat 08.00-da başa çatıb.

Ahlibeyt.az-ın məlumatına görə, Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4, 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar bu müddət fevralın 8-i saat 08:00-a qədər olan dövrü əhatə edib.

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Mərkəzi Seçki Komissiyasının(MSK) məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfəri deputatlığa namizədliyini geri götürüb, MSK 2 nəfərin deputatlığa namizədliyini ləğv edib.

Hazırda deputatlığa namizədlərin sayı 1314 nəfərdir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın fevralın 7-də keçirilən iclasında bildirib ki, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar indiyə qədər 77 721 yerli 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10036.html