
ABŞ və NATO koalisiyasının İraqda 8 il ərzində keçirdikləri antiterror əməliyyatının acı nəticəsi.
Bağdadda Dünya Yetimlər Günü münasibətilə "İraqlı yetimlərə dəstək" adlı sərgi keçirilib. Sərgi "Yetimlərə yardım komissiyası" tərəfindən təşkil olunub.
Komissiyanın mətbuat sözçüsü İbrahim əl-Tai deyib ki, statistikaya görə, İraqda 5 milyona yaxın yetim uşaq vardır ki, bu da hər üç uşaqdan biri deməkdir. əl-Tai ölkədə yetimlərin sayının hər gün artdığını da önə çəkərək, dövlətin yetimlərin qayğısına qalmağı zəruri olduğunu bildirib.
Xatırladaq ki, İraq İnsan Haqqları Nazirliyinin 2009-cu ildə açıqladığı hesabata görə, İraqda 4.5 milyon yetim və 2.5 milyon dul qadın yaşayırdı.