31 Yanvar, 2020
Ayətullah Sistaninin rəsmi nümayəndəsi Trampın Fələstin planını kəskin pisləyib

"Yenicə açıqlanan zalım plan Fələstin ərazilərinin işğalının artırılması məqsədini daşıyır."

Allibeyt.az İraq Kİv-lərinə istinadən istinadla xəbər verir ki, bu bəyanatı Ayətullah Sistaninin rəsmi nümayəndəsi Şeyx Əbdül-Mehdi əl-Kərbəlayi cümə xütbəsində oxuyub.

Ayətullah Sistaninin rəsmi nümayəndəsi ABŞ prezidentinin Fələstinlə bağlı planına münasibət bildirərək, ərəb və müsəlman dövlətləri və xalqlarını "Əsrin sazişi" adlı bu planın qarşısında durmağa çağırıb.

"İraq, onun xalqı və dini mərcəiyyət məzlum Fələstin xalqının yanındadırlar", deyə Şeyx Əbdül-Mehdi əl-Kərbəlayi ərəbləri, müsəlmanları və dünyanın azadlıq tərəfdarı olan insanlarını Fələstinə dəstək olmağa çağırıb.


Bütün hüquqlar qorunur  ©  Ahlibeyt.az

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10029.html