31 Yanvar, 2020
Fələstin ərazilərində ABŞ və İsrailə qarşı mitinqlər başlayıb, toqquşmalar baş verib

Qəzzada, İordan çayının qərb sahilinin müxtəlif bölgələrində, eləcə də bir sıra ərəb və müsəlman ölkələrində Trampın Fələstin planına qarşı etirazlar başlayıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Salamnews əl-Məyadinə istinadla xəbər verir ki, Qəzzada, işğal altında olan Qüdsdə, İordaniya və Livanda Trampın Fələstin planına etiraz əlaməti olaraq mitinqlər keçirilir.

İsrail İordan çayının qərb sahilində xüsusilə də Qüdsdə əlavə hərbi və təhlükəsizlik tədbirləri görüb.

Ramallah yaxınlığında yerləşən Balin kəndi ərazisində İsrailin saldığı beton divarın önündə yüzlərlə fələstinli toplaşaraq, ABŞ-ın "Əsrin Sazişi" adlı planına və bu dövlətin işğal siyasətinə etiraz ediblər.

Livanda fələstinlilərin düşərgələri etiraz aksiyalarının şahidi olduğu kimi, İordaniya paytaxtında ABŞ səfirliyi qarşısında da aksiyalar keçirilib.

Bu gün Yəmən paytaxtı Səna şəhəri və ölkənin şimalında yerləşən Səda şəhəri də ABŞ-ın sözügedən planına qarşı izdihamlı etiraz nümayişlərinin şahidi olub.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10027.html