30 Yanvar, 2020
Suriyalı hərbçilər İdlibdə 27 yaşayış məntəqəsini terrorçulardan azad edib

İdlib deeskalasiya(hərbi əməliyyatlardan azad) zonasının azad edilmiş ərazilərindəki 27 yaşayış məntəqəsi Suriya hökumət qüvvələrinin nəzarəti altına keçib.

Ahlibeyt.az xəbər verir ki, bu barədə Suriyada müharibə edən tərəflər arasında barışıq üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Yuri Borenkov brifinqdə bildirib.

“İndiyə qədər 27 yaşayış məntəqəsi İdlib de-eskalasiya zonasının azad edilmiş ərazilərində hökumət qoşunlarının nəzarəti altına keçib. Onlar adi insanların normal həyata tez qayıtması üçün əllərindən gələni edirlər”, - Borenkov belə deyib.

Suriya rəsmi mənbələrinin verdiyi açıqlamaya görə, hərbi əməliyyatlar nəticəsində İdlibin cənub-şərqində yerləşən Maarat ən-Numan qəsəbəsi də azad edilmişdir.

Məlumata görə, terrorçuların təzyiqlərindən qaçan 30-50 min sakin öz doğma yurdlarına qayıtmağa hazırdır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10024.html