31 Dekabr, 2019
İraqda üçgünlük matəm elan edilib

İraqın baş naziri Adil Əbdül Mehdi ölkə ərazisində üçgünlük matəm elan edib.

Ahliubeyt.az İraq mediasına istinadən xəbər verir ki, matəm ABŞ aviasiyası tərəfindən endirilən hava zərbələri nəticəsində çoxsaylı insan tələfatı ilə bağlıdır.

ABŞ hərbi təyyarələri "Haşdi Şabi" könüllülərindən ibarət müqavimət cəbhəsinə bağlı "Kətaib Hizbullah" təşkilatının İraqdakı üç mövqeyinə hava zərbəsi endirib. Nəticədə 30 nəfər həyatını itirib, 50 nəfər iraqlı döyüşçü yaralanıb.

Qeyd edək ki, hərbçilərin dəfn mərasimindən sonra ABŞ-ın Bağdaddakı səfirliyinə genişmiqyaslı yürüş edilib.Səfirlik binası etirazçılar tərəfindən mühasirəyə alınaraq ABŞ hərbi kontingentinin İraqdan çıxatılmasını tələb ediblər

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10003.html