|
• Mənəviyyat • FatimiyyəBu axşam Cəmadius-sani ayının 3-cü günü daxil olur - Xanım Zəhranın(s.ə.) xüsusi ziyarətnaməsiBu axşam (8 fevral) məörib azanı zamanı(Gün batdıqdan sonra) hicri-qəməri təqvimi ilə Cəmadius-sani ayının 3-cü günü daxil olur.
Rəvayatlərə görə,İslam peyğəmbərinin(s) əziz qızı xanım Fatimeyi-Zəhra(s.ə) Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından 75 və ya 95 gün sonra – hicri qəməri 11-ci il(miladi 632-ci il) cəmadiyül-əvvəl ayının 13-də və ya həmin ilin cəmadiyüs-sani ayının 3-də Mədinədə dünyasını dəyişmişdir.
Cəmadius-sani ayının 3-cü günü qeyd olunan ziyarətnamənin oxunması tövsiyə olunur
Mötəbər rəvayətdə göstərilir ki, hər kəs xanım Fatimeyi-Zəhranı (s.ə.) aşağda qeyd olunan ziyarətnamə ilə yad edərək Allah-Taaladan bağışlanmaq diləsə, Allah-Taala onun günahlarını bağışlayar və onu cənnət əhlindən qərar verər:
السَّلامُ عَلَيْكِ يَا سَيِّدَةَ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَيْكِ يَا وَالِدَةَ الْحُجَجِ عَلَى النَّاسِ أَجْمَعِينَ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الْمَظْلُومَةُ الْمَمْنُوعَةُ حَقَّهَا
Əssəlamu ələyki ya səyyidətə nisail-aləmin. Əssəlamu ələyki ya validətəl hucəci ələn-nasi əcməin. Əssəlamu ələyki əyyətuhəl məzlumətul məmnuətu həqqəha.
“Salam olsun sənə, ey aləmlərin qadınlarının xanımı! Salam olsun sənə, ey insanların üzərindəki bütün ilahi höccətlərin (imamların) anası! Salam olsun sənə, ey zülmə məruz qalan və haqqı qəsb olunan xanım!”
Sonra de:
اللَّهُمَّ صَلِّ عَلَى أَمَتِكَ وَ ابْنَةِ نَبِيِّكَ وَ زَوْجَةِ وَصِيِّ نَبِيِّكَ صَلاةً تُزْلِفُهَا فَوْقَ زُلْفَى عِبَادِكَ الْمُكَرَّمِينَ مِنْ أَهْلِ السَّمَاوَاتِ وَ أَهْلِ الْأَرَضِينَ
Əllahummə səlli əla əmətikə vəbnəti nəbiyyik, və zəvcəti vəsiyyi nəbiyyik, səlatən tuzlifuha fəvqə zulfə ibadikəl mukərrəminə min əhlis-səmavati və əhlil ərəzin.
“İlahi, kənizin, Peyğəmbərinin qızı və Peyğəmbərin canişininin zövcəsinə salam yetir; elə bir salam ki, onu Sənin səma və yer əhlindən olan əziz bəndələrinin məqamından da üstün bir məqama yüksəltsin!”
Mötəbər rəvayətdə göstərilir ki, hər kəs xanım Fatimeyi-Zəhranı (s.ə.) qeyd olunan bu ziyarətnamə ilə yad edərək Allah-Taaladan bağışlanmaq diləsə, Allah-Taala onun günahlarını bağışlayar və onu cənnət əhlindən qərar verər.
Müəllif(Şeyx Abbas Qummi) qeyd edir: Seyid ibn Tavus da “Zəvaidul-fəvaid” kitabında bu ziyarətnamənin Cəmadius-sani ayının 3-cü günü – xanım Fatimey-Zəhranın (s.ə.) şəhadət gününə məxsus olduğunu əlavə etmiş və həmin kitabda o həzrəti ziyarət etməyin qaydası belə göstərilmişdir:
“Əvvəlcə ya iki rükət ziyarət namazı, ya da xanım Fatimeyi-Zəhraya (s.ə.) məxsus namaz qılınır. (O xanıma məxsus namaz iki rükətdir və hər rükətdə “Həmd”dən sonra altmış dəfə “İxlas” surəsi tilavət olunur. Əgər bunun yerinə yetirlməsi çətin olarsa, birinci rükətdə “Həmd”dən sonra bir dəfə “İxlas” surəsi, ikinci rükətdə isə “Həmd”dən sonra bir dəfə “Kafirun” surəsi tilavət olunur.
Namazdan sonra isə yuxarıdakı ziyarətnamənin oxunması tövsiyə olunur.
(Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Cəmadius-sani” ayının əməlləri” bölümü)
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Fevral, 2019 17:29 ⁄ Çap
Bu bölmədə25 Fevral, 2019 Bu gün Xanım Fatimeyi-Zəhranın(s.ə) mübarək mövlud günüdür25 Fevral, 2019 Quranda Xanım Fatimənin(s.ə) fəzilət və ləqəbləri barədə |
Xəbər lenti
11 Dekabr, 2019 10:00
9 Dekabr, 2019 12:54
9 Dekabr, 2019 12:14
9 Dekabr, 2019 11:49
Növbədənkənar parlament seçkilərilə əlaqədar ödənişsiz təşviqatın aparılacağı KİV-lər müəyyənləşəcək 9 Dekabr, 2019 10:36
Bakıda “Qadın haqları milli dəyərlər və milli prioritetlər kontekstində” mövzusunda tədbir keçirilib 3 Dekabr, 2019 12:56
2 Dekabr, 2019 12:58
|
© 2019 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! CMS Danneo |
© Saytı düzəldib: 313wb.com |