إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ayətullah Xameneinin dəftərxanasından Fitr bayramı günü ilə bağlı açıqlama

İranın ali dini lideri Ayətullah Seyyid Əli Xameneinin ofisi nəzdində olan ayın müşahidə edilməsi üzrə “İstihlal” idarəsi Fitr bayramı gününün (şəvval ayının biri) həftənin cümə gününə təsadüf edəcəyini bildirib.

Ahlibeyt.az-ın məlumatına görə, İslaminSesi.info İRNA-a istinadla xəbər verir ki, bu barədə  Ayətullah Xameneinin dəftərxanasının “İstihlal” idarəsinin sədri höccətül-İslam Əhmədi Mərvi açqlama verib.

Bu gün keçirilən mətbuat konfransında Fitr bayramının zamanı haqda açıqlama verən höccətül-İslam Əhmədi Mərvi bildirib ki, həftənin cümə axşamı günü (iyunun 14-dən 15-nə keçən gecə) 120 istihlal qrupu şəvval ayının müşahidə edilməsi üçün iş başında olacaqlar.

“Gözləntilər budur ki, (hava) şəraiti münasib olsa və nəticə əldə edilsə təbii ki, cümə günü şəvvalın biri olacaq. Əgər bunun əksinə nəticə əldə edilsə istihlal idarəsi onu açıqlayacaq” deyə höccətül-İslam Əhmədi Mərvi böyük ehtimalla Fitr bayramı gününün cümə gününə (15 iyun) təsadüf edəcəyini bildirib.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsi də Fitr bayramının 15-ə təsadüf edəcəyini elan edib.

Qeyd edək ki, ayın fəzada nə zaman görülə biləcəyini təsdiqləyən təqvimlər və beynəlxalq elmi mərkəzlərin məlumat mənbələrində böyük ehtimalla qeyd olunur ki, Azərbaycanın yerləşdiyi üfüqdə Ramazan ayının sona çatması və yeni ayın hilalının iyun ayının 14-ü ( gün batdıqdan sonra) görülə biləcək.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 İyun, 2018  22:06 Çap

Bu bölmədə


Xəbər lenti















© 2018 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com