إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ayətullah Xameneinin ofisindən Fitr bayramı günü ilə bağlı açıqlama

Ayın vəziyyətini nəzərə alaraq yəqinliklə demək olar ki, bu il Ramazan ayı 30 gün olacaq.

Ahlibeyt.az-ın məlumatına görə, Maide.info-nun “Mehr” agentliyinə istinadən xəbərinə əsasən, bunu İranın ali dini rəhbəri Ayətullah Seyid Əli Xameneinin ofisi nəzdində ayın müşahidə edilməsi üzrə komitənin üzvü Seyid Rza Qələmkarian İsfəhani deyib.

R.Qələmkarian İsfəhani deyib ki, şənbə günü qürub zamanı ayın vəziyyəti elə olacaq ki, onu hətta ən güclü müşahidə alətlərilə də müşahidə etmək mümkün olmayacaq. “Bundan öncəki təcrübələriməzə əsasən yəqinliklə deyə bilərik ki, şənbə günü Şəvval ayı görsənməyəcək və Fitr bayramı iyun ayının 26-da (bazar ertəsi) olacaq”.

O əlavə edib ki, proqnozlarımıza əsasən ətraf ölkələrdə belə şənbə günü qürub zamanı Şəvval ayının hilalının müşahidəsi mümkün olmayacaq.

"Fars" agentliyinin məlumatına görə, Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin ofisi nəzdində ayın müəyyən edilməsi üzrə komitənin elmi heyətinin katibi Qasim Rüstəmi bildirib ki, elmi baxımdan Şəvval ayının şənbə günü qürub zamanı görsənməsi mümkünsüzdür və Ramazan ayı 30 gün olacaq. Fitir bayramı çox böyük ehtimalla bazar ertəsi günü  - 26 iyun olacaq.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyun, 2017  13:02 Çap

Bu bölmədə


Xəbər lenti













11 Dekabr, 2017  12:00


© 2017 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com