إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İntizar dialoqunun reallaşması mədəni strategiya tələb edir

Məhdəviyyət inancı, mehdiçilik təlimləri praktiki model və əməli mexanizmə ehtiyac duyur

Ahlibeyt.az-ın Shabestan-a istinadən məlumatına görə,bunu Höccətül-islam Əmir Möhsen İrfan məhdəviyyət diloqundan danışarkən bildirib.

Din xadimi bu sahədə geniş araşdırmaların aparılmasının əhəmiyyətindən danışıb:

"Dərin baxışla baxdıqda görürük ki, bu gün islam dünyasında intizar dialoquna yanaşmada dərin elmi analizlər və elmi təhqiqatlara ehtiyac duyurur, biz məhdəviyyət dokterinasının ətraflı şəkildə bəyan etməklə yanaşı bu doktirinasının təqdimində baş verən qüsur və nöqsanlarıda öyrənməli, daha sonra bu təlimin keyfiyyətini yüksəltməklə yeni üfuqlarə dogru addımlar atmalıyıq.

Məhdəviyyət inancının epistemologiyası(elmi qaynağı,əhatə dairəsi)   və sistematik təhlili, məhdəviyyət inancının metodikası araşdırılmalı.Məhdəviyyət inancları altında formalaşan firqələr, hərəkat və cəryanların öyrənilməsli.Məhdəviyyət doktirinasının potensial və prespektivləri geniş araşdırılmalıdır.

Məhdəviyyət inancı, mehdiçilik təlimləri praktiki model və əməli mexanizmə ehtiyac duyur və bu islam aləminin tanınmış şəxsləri tərəfindən həyata keçirilməlidir.

Bu sahədə ən böyük qüsur praktiki yanaşma və icra mexanizmin olmamasıdır. Ümumiyyətlə, heç bir təfəkkür və fikir rəqib baxış və düşüncələrlə toqquşmadan və dialoqa girmədən qəbul edilmir."

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Dekabr, 2016  11:47 Çap

Bu bölmədə

Xəbər lenti











19 Yanvar, 2017  08:47




© 2017 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com