إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Sabah mübarək "Qədir Xum" bayramıdır - günün əməlləri

"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim..." (Maidə- 3)

Bu axşam hicri qəməri tarixi ilə zil-hiccə ayının 18-ci  günü daxil olur.Müsəlmanlar üçün  əlamətdar olan bu gün mübarək "Qədir Xum"bayramı kimi qeyd olunur

Allahın bütün peyğəmbərləri bu günü bayram etmiş və xüsusi ehtiramını saxlamışlar,Bu gün hz Məhəmməd(s) son vida həccindən geri dönərkən Həcc karvanını saxlamış və Qədir Xum adlanan məntəqədə müsəlmanlara xitab edərək-“Mən sizin aranızda iki əmanət qoyuram. Onlara sarılıncaya qədər heç vaxt yolunuzu azmazsınız. Bunlardan biri digərindən daha böyükdür: Allahın kitabı asimandan yerə doğru çəkilmiş rəhmət ipidir, digəri isə mənim itrətim – Əhli-beytimdir. Onlar hovuzun kənarında mənə gəlib çatana qədər bir-birindən ayrılmazlar. Baxın görün, mənim əmanətlərimlə necə rəftar edəcəksiniz! və Həzrət Əli(ə)ni xilafətin davamçısı eləan etmiş və buyurmuşdur " "Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi!Onu sevəni sev və onunla düşmənçilik edənlə düşmən ol! İlahi! Ona kömək edənə kömək ol və ondan öz köməyini əsirgəyəni zəlil et!”

Həsən bin Raşid nəql edir ki, Hz.İmam Sadiqdən(ə) Qədir Xum günü barədə soruşdum. Cavab verdi ki, Qədir Xum günü Qurban və Fitr bayramı günlərindən üstündür. Həmin günü oruc tutun və çoxlu salavat zikr edin

Zülhiccə ayının 18-nə keçən gecə (oktyabırın 1-dən 2-nə keçən gecə) xüsusi namazın qılınması tövsiyə edilir. Bu namaz 12 rükətdən ibarətdir. Bütün 12 rükət namazın hamısı ardıcıl qılınır və sonda bir salam deyilir. Namazdan sonra dua edərək Allahdan hacətlər istənilir.

Bayram gününün xüsusi əməlləri var:

1) Oruc tutmaq (bu günün orucu 60 ilin günahının kəffarəsinə bərabərdir; bəzi hədislərə görə, bu gün oruc tutan şəxsin savabı ömrü boyu tutduğu orucun savabına, və həmçinin 100 həcc və 100 ümrə ziyarətinə bərabərdir);

2) Bayram gününün qüslünü almaq;

3) «Nüdbə» duasını oxumaq;

4) Məsumları (ə) ziyarət etmək və ya Məsumların (ə) ziyarətnaməsini oxumaq;

5) Həzrət Əlini (ə) ziyarət etmək üçün məşhur olan “Əmin Allah” ziyarətnaməsini oxumaq;

6) Zöhrdən yarım saat qabaq 2 rükətli namaz qılmaq. Birincü rükətdə «Həmd»dən sonra “Qədr surəsini, ikinci rükətdə “Həmd”dən sonra «İxlas» surəsini oxumaq. Yaxşıdır ki, bu namaz günorta azanına yaxın vaxtda qılınsın. Namazı qurtardıqdan sonra səcdəyə gedib, 100 dəfə Allaha şükür edib, səcdədən durub “Məfatihul-cinan”da göstərilən məxsusi duanı oxumaq. Sonra səcdəyə gedib, 100 dəfə “əlhəmdulilləh”, 100 dəfə də “şukranlillah” desin.

7) Möminlərlə görüşəndə aşağıdakı zikri demək:

الحمد لله الذي جعلنا من المتمسکین بولایت اميرالمومنين و الائمه عليهم السلام

“Əlhəmdü lillahilləzi cəələna minəl-mütəməssikinə bi-vilayəti Əmiril-mömininə vəl-əimməti əleyhimüs-səlam” (“Həmd olsun Allaha ki, bizi Əmirül-mömininin və imamların vəlayətinə bağlananlardan etdi”).

6) Sədəqə vermək;

7) (Sileyi-rəhim) Qohum-əqrəbaya baş çəkmək;

8) Yeni libas geyinmək;

9) Möminlərlə bu günün yad edilməsi ilə bağlı yığışmaq;

10) 2 rükətli namaz qılmaq. Hər rükətdə «Həmd»dən sonra 10 dəfə «İxlas» surəsi, 10 dəfə «Ayətəl-Kürsi», 10 dəfə «Qədr» surəsi oxumaq, namazdan sonra bu duanı demək: «Rabbənə innənə səmi’nə munadiən əd-dua bitəvlihi». Hədislərdə qeyd olunur ki, bu namazın 100 min həcc və 100 min ümrə savabı var, eləcə də, dünya və axirət hacətlərinin Allah tərəfindən asanlıqla qəbul edilməsinə səbəb olur və insana salamatlıq nəsib olur;

11) Məsumlara (s) salavat göndərmək.

İmam Sadiq (ə) Qədir gününün orucunu altmış mübarək ayın orucuna tay tutur. “Məfatihül-cinan” kitabında Qədir gününün orucunun 60 illik günahları sildiyi, bir ömrlük oruca, 100 həccə və 100 ümrəyə bərabər olduğu yazılıb.

Qədir günündə qüsl almaq, təzə və gözəl libaslar geyinmək, ətir vurmaq da çox bəyənilən işdir.

Bu duanı 100 dəfə təkrar etməyin savabı var: “Əlhəmdü lillahilləzi cəələ kəmalə dinihi və təmamə nimətihi bi-vilayəti Əmiril-mumininə Əliyyibni Əbitalibin əleyhis-səlam”. (“Həmd olsun Allaha ki, öz dininin kamilliyini və nemətlərinin tamamını Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissalamın vəlayətində qərar verdi”).

Bu gün İmam Əlinin (ə) məzarını ziyarət etməyin hədsiz savabı var. İmamlar öz səhabələrinə tövsiyə edirdilər ki, imkan daxilində Qədir günündə özlərini Nəcəfə yetirib Həzrət Əlinin (ə) məzarını ziyarət etsinlər. Əlbəttə, buna imkanı olmayanlar ziyarətnaməni uzaqdan da oxuya bilərlər. Xüsusilə, dua kitablarında qeyd edilən “Əminallah” ziyarətini vətəndə də oxumaq olar.

Qədir-Xüm günü günorta vaxtı, kölgələr məğribə doğru qısalmağa başlamazdan yarım saat əvvəl iki rükət namaz qılmağın xüsusi savabı var. Əslində İmam Sadiqin (ə) buyurduğuna görə bu namazı günün istənilən vaxtında qılmaq olar, amma hicrətin 10-cu ilində hadisə məhz günün bu vaxtında baş verdiyi üçün, namazı da o zaman qılmağın savabı böyükdür. Namazın hər iki rükətində bir dəfə Fatihə surəsi, 10 dəfə İxlas surəsi, 10 dəfə ayətül-kürsi və 10 dəfə Qədr surəsi oxunur. Ardınca Həzrət Fatimənin (ə) təsbihi deyilir: 34 dəfə “Allahü əkbər”, 33 dəfə “Əlhəmdü lillah” və 33 dəfə “Sübhan Allah”. Bu namazı qılan adamın arzularını Allah yerinə yetirər.

Seyyid ibn Tavus “əl-İqbal” kitabında qeyd edir ki, hər kim Qədir günü ziyarətnaməni oxuyub müstəhəb namazı qıldıqdan sonra səcdəyə getsə, səcdədə 100 dəfə “əlhəmdü lillah” və 100 dəfə “şükrən lillah” söyləsə, sanki Qədir-Xüm hadisəsində iştirak edib, Peyğəmbərlə və Əli ilə beyət etmiş kimi savab qazanar.

İmam Rza (ə) buyururdu ki, Allah-təala bu gündə mömin kişi və qadınların 60 illik günahlarını bağışlayar. Allah Qədir günündə üst-üstə Ramazan ayı, Qədr gecəsi və Fitr gecəsinə nisbətən iki dəfə artıq mömini cəhənnəm əzabından xilas edər (əlbəttə, bunlar həqiqi möminlərə və Qədir gününü layiqli ibadətlə keçirən insanlara aiddir).

Qədir günündə sileyi-rəhim etmək, yəni qohumların görüşünə getmək, möminlərə hədiyyə vermək, ehsan etmək böyük savaba malikdir. İmam Rza (ə) buyururdu ki, bu gündə edilən ehsanın hər dirhəmi savab cəhətdən başqa gündə edilən min dirhəm ehsana bərabərdir.

Təsadüfi deyil ki, xalq arasında Qədir-Xüm gününə seyidlərin bayramı deyirlər. Bu gündə seyidləri təbrik etmək, onlara kiçik də olsa hədiyyə aparmaq, ümumiyyətlə bir-birinin görüşünə getmək, möminlərin qəlbini sevindirmək tövsiyə edilib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Oktyabr, 2015  11:53 Çap

Bu bölmədə

25 Noyabr, 2010
Dinin kamalı
25 Noyabr, 2010
Əmanətə xəyanət
25 Noyabr, 2010
Qardaşlıq əqdi

© 2017 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com