إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ayətullah Xamneyi- "Zühurun böyük qapılarından biri Mehdinin(ə.f) intizarında olmaq əhval-ruhiyyəsidir"(foto)

İran İslam İnqilabının Ali dini liderii Ayətullah Xamneyi Məhdəviyyət və Həzrət İmam Məhdi (əc)-ın zühur etməsini ilahinin bəşəriyyət üçün etdiyi qəti vədilərindən olduğunu bildirmişdir.

 

Ahlibeyt.az-ın İrib-ə istinadən verdiyi xəbərə görə  Ayətullah Əl-uzma Xameneyi  çərşənbə (11 iyun) 12-ci məsum İmam Həzrət İmam Məhdi (əc)-ın səadətli viladətinin ildönümü astanasında Darulhədis(Hədis evi) müəssisəsinin elm və tədqiqat  üzrə kitab sərgisinə baxış keçirmişdir. O  bu elmi müəssisənin tədqiqatçı alimləri ilə görüşdə bildirmişdir ki, Məhdəviyyət və Həzrət İmam Məhdi (əc)-ın zühur etməsi ilahinin bəşər ictimaiyyəti üçün etdiyi qəti vədlərindən biridir və tarix boyu bəşər ictimaiyyəti üçün edilən vədlərin reallaşması əslində insanları bir növ arxayın etmək istiqamətindədir və ilahinin ən böyük vədi də mütləq gerçəkləşəcək.

 

Ayətullah Xamneyi 12-ci imam Həzrət Məhdi(ə.f)tezisinin hazırlanmasını İslam ictimaiyyəti üçün böyük bir hədiyyə adlandırıb və xatırladıb:  Böyük disertasiyanın hazırlanması boşluqları axtarıb tapmaq üçün yaxşı və mühüm bir nümunə olaraq həm də İslam ictimaiyyəti və cəmiyyət üçün dəyərli bir hədiyyədir.

 

Həzrət Ayətullah Əl-uzma Xamenei İslam İnqilabının qələbə çalmasını bəşər ictimaiyyəti üçün arxayınverici vədlərdən biri hesab edib və xatırladıblar: Kim təsəvvür edirdi ki, beynəlxalq dövlətlərin tam himayəsinə malik olan bir ölkədə və belə bir həssas bölgədə İslam , fiqh və din prinsipləri əsasında olan islami bir dövlət hakimiyyətə gələcək .

 

İslam İnqilabının  Rəhbəri habelə İmam Məhdi(əc)-a olan inanc və əqidəyə işarə edərək söyləyiblər: İlahi dinlərin hamısı buna inanırlar ki, bəşəriyyət karvanı yolun sonunda təravətli, ürəkaçan və gözəl bir məqsədə nail olacaq ki, onun mühüm səciyyəsi ədalətdir.

 

O həzrət vurğulayıblar: Xilqətin əvvəlindən bəşəriyyət karvanı çox çətin və tikanlı və dolaşıq yolları arxada qoymaqdadır ki, nəhayət açıq və hamar bir yola çatsın. Bu hamar yol əslində həmən Həzrət Məhdi (əc)-ın zühurudur.

 

Bəşəriyyət karvanı yolunun sonunu ümidverici hesab edən böyük inqilab rəhbəri söyləyiblər: Həzrətin zühurunu gözləmək güc bəxş edən və ümidverici bir intizardır. Bəşər ictimaiyyəti üçün  zühurun böyük qapılarından biri Mehdinin(ə.f) intizarında olmaq əhval-ruhiyyəsidir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 İyun, 2014  12:48 Çap

Bu bölmədə

Xəbər lenti















© 2017 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com